IMG-LOGO

Avtomobil aşdı, sürücünün həyat yoldaşı xəsarət aldı

30 Dec 2023 23:55 141 baxış
IMG

Hacıqabulda baş verən qəzada sürücünün həyat yoldaşı ağır xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb. 

Minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sürücünün həyat yoldaşı Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyeva Ellada Əli qızı ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.  Faktla bağlı araşdırma aparılır.  

Mənbə: lent.az

Xəbər lenti