IMG-LOGO

Payızda Bakıda Estoniya səfirliyi açılacaq - EKSKLÜZİV

04 Aug 2026 16:14 4 baxış
IMG

2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır", - XİN nümayəndəsi bildirib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsahkna 2026-cı ildə Bakıda Estoniya səfirliyini açmaq planlarını elan etmişdi.

İndiyə qədər Estoniyanın Azərbaycandakı diplomatik missiyası iqamətgahı Ankarada (Türkiyə) olmaqla fəaliyyət göstərirdi.

Mənbə: report.az

Xəbər lenti