IMG-LOGO

Özcan Denizin həyat yoldaşına romantik jesti kameraya düşdü - VİDEO

04 Aug 2026 16:50 5 baxış
IMG
3 0

Özcan Deniz və iranlı moda dizayneri Samar Dadgarın sevgi dolu anları evin təhlükəsizlik kamerasına düşüb.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, məşhur sənətçi kameranı gördükdə həyat yoldaşına öpüş göndərib və əli ilə ürək işarəsi göstərib.

Samar Dadgar sözügedən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Dadgar paylaşımına "Aaa, ev kamerasından romantika... Sevirəm, mərkəz" qeydini əlavə edib.

Qeyd edək ki, onlar aralarındakı yaş fərqinə görə uzun müddət maqazin gündəmində olub. Özcan Deniz bir müddət ayrıldıqdan sonra yenidən barışaraq münasibətlərini evliliklə rəsmiləşdirib. Onlar 2023-cü il yanvarın 20-də ailə arasında keçirilən sadə mərasimlə nikah masasına əyləşib.

Sizin brauzer video tagını dəstəkləmir. müğənni maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti