"Gəncə" basketbol klubu Əlibəy Məmmədli ilə razılıq əldə edib.
"Report" kluba istinadən xəbər verir ki, 21 yaşlı basketbolçu ilə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.
Ötən mövsümü "Naxçıvan"da kapitan statusunda keçirən 190 sm boya malik müdafiəçi Gəncə təmsilçisi üçün yad sima deyil. Məmmədli 2023/2024 mövsümündə yerli komandanın şərəfini qoruyub.
U-18 və U-20 millilərimizin heyətinə cəlb olunmuş Əlibəy Məmmədli kişilərdən ibarət 3×3 basketbol yığmamızın üzvüdür.
Mənbə: report.az