Rusiyanın Kramatorska endirdiyi aviazərbə nəticəsində xəsarət alanların sayı artaraq 22 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Donetsk vilayətinin rəhbəri Vadim Filaşkin "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarında Rusiya qoşunları şəhərə iki aviabomba atıb, onlardan biri çoxmərtəbəli yaşayış binasına düşüb.
"Hazırda zərbənin fəsadlarının aradan qaldırılması üzrə işlər və axtarış-xilasetmə əməliyyatı davam edir", - V.Filaşkin qeyd edib.
Mənbə: report.az