IMG-LOGO

Bessent: Yaxın günlərdə ABŞ və İran Hörmüz boğazının açılması barədə razılığa gələ bilər

04 Aug 2026 16:45 5 baxış
IMG

ABŞ və İran yaxın günlərdə Hörmüz boğazının açılması barədə razılığa gələ bilər.

"Report" xəbər verir ki, bu barədə CNBC telekanalı ABŞ-nin maliyyə naziri Skott Bessentin bəyanatına istinadən məlumat yayıb.

"Ötən həftə biz ABŞ Prezidenti Donald Trampın iranlıları İkinci Dünya müharibəsindən bəri ən böyük hərbi əməliyyatı həyata keçirməklə hədələdiyinin şahidi olduq. İndi biz İran tərəfi ilə danışıqlar aparırıq. Düşünürəm ki, bu gün və ya sabah Hörmüz boğazının açılması barədə razılığa gələ bilərik", - o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti