IMG-LOGO

Entoni Teylor Türkiyə Futbol Federasiyasında Elit Hakimlər üzrə Direktor vəzifəsinə gətirilib

04 Aug 2026 15:44 4 baxış
IMG

İngiltərəli tanınmış referi Entoni Teylor Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) Elit Hakimlər üzrə Direktoru vəzifəsinə təyin olunub.

"Report" TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis artıq yeni vəzifəsinin icrasına başlayıb.

E.Teylor yuxarı elit hakimlərinin texniki inkişaf proseslərinin planlaşdırılmasına, performansın qiymətləndirilməsi sistemlərinin gücləndirilməsinə, təlim proqramlarının hazırlanmasına, oyun təhlili və rəy proseslərinin təkmilləşdirilməsinə, eləcə də UEFA və FIFA standartlarına uyğun hakimlərin inkişaf strategiyalarının formalaşdırılmasına rəhbərlik edəcək.

2013-cü ildən FIFA referisi kimi fəaliyyət göstərən Teylor karyerası ərzində dünya və Avropa çempionatı, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Millətlər Liqası və FIFA Klublararası Dünya Çempionatı kimi mötəbər turnirlərdə bir çox vacib matçları idarə edib.

Qeyd edək ki, təcrübəli hakim beynəlxalq karyerasında 2022/2023 mövsümündə UEFA Avropa Liqasının, 2023-cü ildə FIFA Klublararası Dünya Çempionatının, 2021-ci ildə UEFA Millətlər Liqasının və 2020-ci ildə UEFA Süperkubokunun final oyunlarında baş hakim olub. O, İngiltərədə 2015-ci ildə Futbol Liqası Kubokunun, 2015-ci ildə Superkubokun ("FA Community Shield"), 2017 və 2020-ci illərdə İngiltərə Kubokunun ("FA Cup"), eləcə də 2018-ci ildə Çempionşipdə pley-off mərhələsinin final qarşılaşmalarını idarə edib.

Mənbə: report.az

Xəbər lenti