"Melania" sənədli filminin ilk treyleri yayılıb.
Lent.az xəbər verir ki, treylerin videosunu ABŞ-nin birinci xanımı Melaniya Tramp öz sosial şəbəkələrində paylaşıb.
Film Donald Trampın ABŞ prezidenti qismində ikinci andiçmə mərasiminə qədər olan 20 gün barədə bəhs edir.
Melaniya Trampın sözlərinə görə, film 30 yanvar 2026-cı il tarixindən etibarən kinoteatrlarda nümayiş etdiriləcək.
https://twitter.com/MELANIATRUMP/status/2001266577077837917Donald Tramp melania tramp