IMG-LOGO

Maskın sərvəti 600 milyard dolları keçdi

16 Dec 2025 04:26 7 baxış
IMG
0 0

İlon Mask sərvəti 600 milyard dollar həddini aşan ilk şəxs olub. Lent.az xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.

Jurnal Maskın sərvətindəki artımı onun kosmik texnologiyalar üzrə fəaliyyət göstərən SpaceX şirkətinin bazar dəyərinin yenidən dəyər qazanması ilə əlaqələndirir. Tender təklifinin elanından sonra şirkətin dəyəri avqustda 400 milyard dollardan dekabrda 800 milyard dollara yüksəlib.

Jurnalın hesablamalarına görə, SpaceX-in təxminən 42 faizinə sahib olan Maskın sərvəti bu fonda 168 milyard dollar artaraq 677 milyard dollara çatıb.

Qeyd edək ki, əvvəlki rekord da İlon Maska məxsus idi. O, oktyabr ayında sərvəti 500 milyard dolları keçən ilk insan olmuşdu.

ilon mask

Xəbər lenti