Rusiyada "S7 Airlines" şirkətinə məxsus təyyarədə kişi meyiti tapılıb.
Lent.az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, Abakandan Moskvaya uçan şəxs təyyarənin tualet kabinəsində özünü asıb.
Hadisə "Airbus A320" təyyarəsinin Moskvanın Domodedovo hava limanına eniş etməsindən 20 dəqiqədən əvvəl baş verib.
Moskvaya çatdıqdan sonra təcili yardım işçiləri təyyarəyə çağırılıb və 30 yaşlı kişinin öldüyünü bildiriblər.
Rusiyalı kişi özünü asdı