IMG-LOGO

Toy yasa çevrildi: 33 ölü, 19 yaralı var - VİDEO

13.12.2025 20:03 2 baxış
IMG
0 0

Suriyanın cənubunda toy böyük faciəyə çevrilib. Dəraa vilayətində toy mərasiminə edilən hücum nəticəsində 33 nəfər həlak olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, naməlum şəxslər toyun keçirildiyi məkana iki əl qumbarası atıblar. Partlayışlar çoxsaylı insan tələfatına və dağıntılara səbəb olub.

Həlak olanlarla yanaşı, 19 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlər arasında azyaşlılar da var. Yaralıların əksəriyyəti yüngül və orta dərəcəli xəsarətlər alıb. Lakin yaralılardan birinin vəziyyəti son dərəcə ağır olub və ona ayağının amputasiyası aparılıb.

Suriya hakimiyyəti insidentə operativ reaksiya verib. Daxili təhlükəsizlik qüvvələri bu cinayəti törədən şəxslərin müəyyən edildiyini bəyan ediblər.

Həmçinin mülki əhalinin qorunmasına yönəlmiş təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir. Hücumun səbəb və hallarının araşdırılması davam edir.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr

Xəbər lenti