IMG-LOGO

Artıq çəkisi olan futbolçulara AĞIR ZƏRBƏ

23.12.2023 20:00 99 baxış
IMG

Almaniyanın “Borussiya” futbol klubu artıq çəkiyə görə cərimə tətbiq edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçuların müəyyən həddən 100 qram artıq çəkilərinə görə 1000 avro cərimələnəcəklərini bildirib. “Son məşqdə çəkimizi ölçdülər və fasilədən sonra çəki ölçmə prosedurundan da keçəcəyik” deyə belçikalı futbolçu Toma Menye açıqlayıb.

“Borussiya” Bundesliqanın cədvəlində 27 xalla 5-ci pillədə qərarlaşıb. Komanda 2024-cü ildə ilk oyununu yanvarın 13-də səfərdə “Darmştadt”la keçirəcək.

Xəbər lenti