"LANDAU Lions" basketbol klubu heyətini amerikalı oyunçu Edvard Polayt ilə gücləndirib.
Klubdan "Report"a verilən məlumata görə, hücumçu ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Polayt buna qədər Azərbaycanda "Neftçi" komandasında çıxış edib. Edvard Polayt ABL-də hər oyuna ortalama 13.7 xal, 9 ribaund, 3.5 assistli göstərici ilə komandasının liderlərindən olub.
Mənbə: report.az