IMG-LOGO

Fransa demokratiya və insan hüquqları ilə bağlı prinsiplərinə zidd davranır - RƏY

04 Aug 2026 20:28 4 baxış
IMG

Demokratiya, insan hüquqları və ləyaqət haqqında danışan bir dövlətin - Fransanın başqa ölkələrin liderlərinə qarşı təhqir və nifrət ritorikasına göz yumması ciddi siyasi ziddiyyətdir və ikrah doğurur.

Bu fikirləri "Report"a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Emmanuel Makronun rəhbərlik etdiyi Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi mövqe obyektiv diplomatiya çərçivəsindən çoxdan uzaqlaşıb:

"Fransa uzun illər özünü siyasi mədəniyyətin, hüququn və demokratiyanın beşiyi kimi təqdim edib. Amma Azərbaycana münasibətdə ortaya çıxan mənzərə göstərir ki, Paris bəzi hallarda müdafiə etdiyi prinsipləri özü pozur. Azərbaycan dövlətinə və milli maraqlarına qarşı aqressiv, təhqiramiz ritorikaya sahib şəxslərin Fransa siyasi mühitində rahat fəaliyyət göstərməsi bu ölkənin ikili standartlarını ortaya qoyur".

F.Şahbazlı bildirib ki, Fransa insan hüquqları anlayışından siyasi təzyiq vasitəsi kimi istifadə etməməlidir. Onun fikrincə, Makronun siyasətində əsas problem böyük dövlət məsuliyyəti ilə gündəlik siyasi hesablamalar arasındakı ziddiyyətdir:

"Fransa Azərbaycana qarşı hansısa siyasi kampaniyalara və radikal ritorikaya şərait yaradırsa, bu, ilk növbədə, onun öz beynəlxalq nüfuzuna zərbə vurur. Ya Paris həqiqətən iddia etdiyi demokratik dəyərlərə sadiq qalacaq, ya da bu dəyərlərdən geosiyasi maraqlar naminə istifadə edən ölkə kimi tarixdə qalacaq. Çünki tarix böyük dövlətləri dedikləri sözlərlə deyil, göstərdikləri davranışlarla qiymətləndirir".

Mənbə: report.az

Xəbər lenti