IMG-LOGO

Planetin ən gözəl qızı seçildi - “Miss Earth 2023”-FOTO

23 Dec 2023 08:05 76 baxış
IMG

Albaniya təmsilçisi Drita Ziri "Miss Earth" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

Lent.az-ın məlumatına görə, tədbir müsabiqənin YouTube kanalında yayımlanıb.

Müsabiqədə ümumilikdə dörd kateqoriya - Yer, Hava, Od və Su elementləri üzrə qaliblər müəyyən edilib. Ən şərəfli titul Zirinin aldığı Miss Earth-dür.

Miss Air Filippin təmisilçisi İlyana Aduana, Miss Water Vyetnam nümayəndəsi Do Thi Lan Anh və Miss Fire Tailanddan Cora Blialult tanınıb.  

Mənbə: lent.az

Xəbər lenti