IMG-LOGO

Fransa prezidentinin həyat yoldaşı qadın olduğunu sübut edəcək

20.09.2025 03:39 100 baxış
IMG

Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makron ABŞ məhkəməsinə Fransanın birinci xanımının həqiqətən də qadın olduğunu sübut edən foto və elmi sübutlar təqdim edəcəklər.

Lent.az xəbər verir ki, BBC-nin məlumatına görə, Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron qadın olduğunu sübut edəcək.

Makronların vəkilləri Bricit Makronun kişi olaraq doğulduğu inancını təbliğ etdiyinə görə sağçı fenomen Kandas Ovensə qarşı açdıqları böhtan iddiasında sənədləri təqdim edəcəklərini açıqladyıblar.

Qeyd edək ki, 2024-cü ilin martında Kandas Ovens Bricit Makronun əslində kişi olduğunu açıqlayıb.

İllərdir internetdə yayılan sui-qəsd nəzəriyyəsinə görə, Makron Jan-Mişel Trogneuks adlı kişi olaraq dünyaya gəlib.

Xəbər lenti