IMG-LOGO

Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək

10 Nov 2026 10:27 2 baxış
IMG

Azərbaycanda işsizlikdən sığorta haqqının yalnız nağdsız formada ödənilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, "İşsizlikdən sığorta haqqında" qanunda dəyişiklik edilməsi haqqında layihəsində öz əksini tapıb.

Sənədə əsasən, hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, Əmək Məcəlləsinin 175-ci maddəsi nəzərə alınmaqla, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında sığortaçıya ödəniləcək.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 201,5 milyon manata yaxın olub, proqnozdan əlavə 8,3 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 156,5 milyon manat təşkil edib.

Mənbə: report.az

Xəbər lenti