IMG-LOGO

UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

04.08.2025 04:15 7 baxış
IMG

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)  Sudandakı uşaqların vəziyyəti ilə bağlı yazılı açıqlama yayıb.

Lent.az xəbər verir ki, UNİCEF-in yazılı açıqlamasında, 600 mindən çox uşağın həyatının təhlükə altında olduğu bildirilir.

"Şimali Darfurda qarşıdurma bu ilin aprel ayından etibarən şiddətlənib. Vəba ilə yanaşı, 5 yaşından kiçik 640 mindən çox uşağın həyatı zorakılıq, xəstəlik və aclıq riski altındadır.", - açıqlamada deyilir.

Açıqlamada həmçinin Şimali Darfur əyalətinin Tavila şəhərində iyunun 21-də ilk yoluxma halının aşkarlandığı gündən bəri 300-ü uşaq olmaqla 1180-dən çox vəba hadisəsinin və ən azı 20 ölüm halının qeydə alındığı vurğulanıb.

Xəbər lenti