IMG-LOGO

Bu uşaq üç ildir yemək yemir

01.07.2025 04:55 5 baxış
IMG

Britaniyalı qadın üç yaşlı oğlunun iki ildir yemək yemədiyini bildirib.

Lent.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Hayton sakini Cess Makkormik iki ildir demək olar ki, heç nə yeməyən oğlu Ronninin sağlamlığı üçün mübarizə aparır. Doğuşdan bəri oğlan normal inkişaf edib və ana südü ilə qidalanıb, lakin 18 aydan sonra yeməkdən imtina etməyə başlayıb.

İndi o, hələ də yalnız süd içə bilir. Qalan qidalar isə onda qusma, qarın ağrısı və ishal yaradır.

Ailə onlarla həkimə müraciət etsə də, uşağa dəqiq diaqnoz qoyulmayıb. "Mən sadəcə onun yaxşılaşmasını istəyirəm. O, yeməkdən qorxmadan normal yaşamağa layiqdir", - Makkormik əlavə edib

Xəbər lenti