Qazaxda avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus “QAZ-24” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Hadisələr yanğın FHN avtomobil video videolentMənbə: lent.az