IMG-LOGO

Bulvarda qayalıqlara yıxılan gənc oğlan xilas edildi - VİDEO

10 Nov 2026 11:07 2 baxış
IMG
0 0

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 20 yaşlı Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib.

Hadisələr Bulvar Dənizkənarı Milli Park xilasetmə FHN video videolent

Mənbə: lent.az

Xəbər lenti