IMG-LOGO

İran ilk dəfə "Səccil" raketini buraxdı

18.06.2025 23:08 3 baxış
IMG

Tehran ilk dəfə döyüş şəraitində orta mənzilli iki mərhələli "Səccil" tipli ballistik raketindən istifadə edib. Lent.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran İsrail ərazisinə bu tip üç raket atıb.

SEPAH-ın açıqlamasına əsasən əvvəlki bir neçə əməliyyat zamanı İsrailin hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib.

Məlumata görə, “Səccil” raketi 2008-ci ildə sınaqdan keçirilən, maksimum 2000 kilometr məsafəyə malik iki mərhələli ballistik raketdir.

Xəbər lenti