IMG-LOGO

Netanyahu İran xalqına səsləndi - Bu, ayağa qalxmağınız üçün şansdır

14.06.2025 01:27 4 baxış
IMG

“Mən İranın qürurlu xalqına müraciət etmək istəyirəm. Tarixin ən böyük hərbi əməliyyatlarından birinin ortasındayıq. 50 ilə yaxındır sizə zülm edən rejim ölkəmiz İsraili məhv etməklə hədələyir.”

Lent.az xəbər verir ki, bu sözləri İran xalqına müraciəti zamanı İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, İsrailin əməliyyatının məqsədi İranın nüvə və ballistik təhlükələrini aradan qaldırmaqdır.

O bildirib ki, İsrail məqsədinə çatacağı təqdirdə İran xalqı üçün azadlığa çatmağın yolunu aydınladacaq.

“Biz son 24 saat ərzində İranın yüksək səviyyəli komandirlərini, ən yüksək nüvə alimlərini, ən böyük zənginləşdirmə obyektini və ballistik raket arsenalının böyük hissəsini məhv etdik. Gələcəkdə daha böyük şeylər olacaq. İran rəhbərliyi onları nəyin vurduğunu və nəyin vuracağını bilmir. İran və İsrail xalqları Böyük Kirin dövründən dostdur. İran xalqının öz bayrağı və irsi ətrafında birləşməsinin, azadlığını şər və zalım rejimdən müdafiə etməsinin vaxtıdır. Onlar heç vaxt indikindən zəif olmayıblar. Bu, ayağa qalxmaq və səsinizi eşitdirmək şansınızdır. Dünən və bundan əvvəl də dəfələrlə dediyim kimi, İsrail İran xalqına qarşı vuruşmur. Bizim mübarizəmiz sizə zülm edən və yoxsullaşdıran İran hökumətinə qarşıdır. İgid İran xalqı, sənin işığın zülmətə qalib gələcək. İsrail xalqı kimi mən də sizinləyəm”, - Natanyahu bildirib.

Xəbər lenti