IMG-LOGO

Azad edilmiş ərazilərdə nə qədər seçici səs verəcək?

20 Dec 2023 13:35 159 baxış
IMG

Növbədənkənar prezident seçkiləri ilə bağlı azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Azad olunmuş ərazilərdə təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir”.

Mənbə: lent.az

Xəbər lenti