Polşada azərbaycanlı qadın itkin düşüb.
Lent.az-ın məlumatına görə, bu barədə həmin ölkədə yaşayan həmyerlilərimiz məlumat yayıblar. Bildirilir ki, Vroslav şəhərində yaşayan 28 yaşlı Adilə Mehdiyeva körpəsi ilə birgə yoxa çıxıb. Məlumata görə, dekabrın 17-dən ondan xəbər alan olmayıb.
Hazırda axtarış tədbirləri keçirilir.
