IMG-LOGO

Meksika klubu "Everton"un qapıçısı Cordan Pikfordu heyətinə qatmaq istəyir

05 Aug 2026 10:16 4 baxış
IMG

Meksikanın "Tiqres" klubu İngiltərə yığmasının və "Everton"un qapıçısı Cordan Pikfordu transfer etmək niyyətindədir.

"Report" "Fox Sports Mexico"ya istinadən xəbər verir ki, 32 yaşlı qolkiper üçün 16 milyon dollarlıq təklif hazırlanıb.

C.Pikfordun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

İngiltərəli qapıçının "Transfermarkt" portalında dəyəri 13 milyon avro qiymətləndirilir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 39 matçda iştirak edib və 51 qol buraxıb.

Qeyd edək ki, C.Pikford DÇ-2026-da meydanda olduğu 7 oyunda qapısında 8 qol görüb.

Mənbə: report.az

Xəbər lenti