IMG-LOGO

Sabiq nazir maliyyə cinayətlərində ittiham olunaraq həbs edildi

12.06.2025 03:11 15 baxış
IMG

Livanın sabiq iqtisadiyyat və ticarət naziri Əmin Salam respublikanın baş prokuroru Camal Həccarın əmri ilə həbs edilib.

Lent.az xəbər verir ki, bu barədə BƏƏ-nin “The National” qəzeti Livanın məhkəmə sistemindəki mənbəyə istinadən məlumat yayıb.

Salam saxtalaşdırma, dövlət vəsaitlərini mənimsəmə və sığorta şirkətlərindən pul tələb etmədə ittiham olunur. May ayında o, müstəntiqlər tərəfindən dəfələrlə dindirilib, bundan sonra ev dustaqlığına buraxılıb.

Qəzetin mənbəsinin məlumatına görə, keçmiş nazir çərşənbə günü həbs edilib.

Xəbər lenti