IMG-LOGO

Maskdan daha bir qalmaqallı açıqlama: Yeni siyasi partiya yaratmağın vaxtı çatmadımı?

06.06.2025 03:02 7 baxış
IMG

"Amerikada əslində orta təbəqə insanlardan təşkil olunmuş 80%-i təmsil edən yeni bir siyasi partiya yaratmağın vaxtı çatmayıbmı?"

Lent.az xəbər verir ki, ABŞ-da Hökumətin Effektivliyi Agentliyinin (DOGE) sabiq rəhbəri olmuş məşhur iş adamı İlon Mask öz “X” hesabında bu sözləri yazaraq sorğu keçirib.

Sorğuda 2 milyona yaxın insan iştirak edib. Sorğuda iştirak edənlərin 82 %-i suala "bəli" deyərək cavab verib. 18 % isə bu fikri dəstəkləməyib.

Qeyd edək ki, Mask bu açıqlamanı ABŞ prezidenti Donald Trampla münasibətlərinin gərginləşməsi fonunda yazıb.

Tramp da Maskın administrasiyadan uzaqlaşmasından sonra aralarındakı münasibətin korlandığını etiraf edib.

Xəbər lenti