IMG-LOGO

Türkiyə ilə Yunanıstan arasında zəlzələ baş verdi

03.06.2025 04:03 16 baxış
IMG

Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Türkiyənin təxminən 95,8 min nəfərin yaşadığı Marmaris şəhərindən 18 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 58 km dərinlikdə olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Təsir zonasında sunami təhlükəsi elan edilib.

Xəbər lenti