Rusiya buğdasının qiymətləri uzun müddətdir ki, uzunmüddətli tendensiyadan xeyli aşağıdır.
"Report" xəbər verir ki, bunu Rusiyanın "Birləşmiş Taxıl Şirkəti"nin ("United Grain Company") baş direktorunun müavini Ksenya Bolomotova Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, istehsal vasitələrinin bahalaşması nəzərə alınsa, bu vəziyyət uzun müddət davam edə bilməz.
"Bizim tarixi minimum qiymət dövrümüz adətən iyul-sentyabr aylarına düşür. Rusiya taxıl-buğda istehsalında son illərin dəyişikliklərinə uyğunlaşmaqda çox uğurlu olub. Ölkəmizin taxıl sahələrini artırmaq və daim artan tələbatı ödəmək potensialı var", - deyə qonaq qeyd edib.
Bizim Telegram kanalımıza abunə olun