IMG-LOGO

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının ümumi məbləği açıqlanıb

24.09.2024 13:07 37 baxış
IMG

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının ümumi məbləği təxminən 9 milyard manat təşkil edir.

"Report" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.

"Korporativ istiqrazların ümumi dəyəri isə təxminən 400 milyon manatdır. Bu, bərpa olunan enerji layihəsinin dəyərinə bərabər bir məbləğdir", - deyə o qeyd edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti