IMG-LOGO

İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir

23.09.2024 15:12 2 baxış
IMG

İpoteka və Kredit Zəmanət Fondu əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini oktyabrın 18-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 18-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti