IMG-LOGO

Bakıda Azərbaycan-Slovakiya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası keçiriləcək

23.09.2024 14:15 3 baxış
IMG

Bakıda keçiriləcək Azərbaycan ilə Slovakiya arasında İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası və biznes foruma hazırlıqla bağlı müzakirələr aparılıb.

“Report” xəbər verir ki, bunu Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ilə görüşən iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Həmçinin görüşdə iki ölkə arasında Mərkəzi və Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycanın potensialından istifadə imkanları müzakirə edilib.

Nazir qeyd edib ki, görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər müzakirə edilib: “Biznes tərəfdaşlığının inkişaf perspektivləri, ölkələrimizin energetika sektorunda birgə fəaliyyəti, əczaçılıq sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb”.

Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri xanım Denisa Sakova ilə görüşdə ölkələrimizin #iqtisadi əməkdaşlığının gündəmində olan prioritetləri müzakirə etdik:– #Biznes tərəfdaşlığının inkişaf perspektivləri;– Mərkəzi və Cənub-Şərqi Avropa regionunun #enerji… pic.twitter.com/H6mODOkqtE

— Mikayil Jabbarov (@MikayilJabbarov) September 23, 2024 Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti