IMG-LOGO

Naxçıvanda 8 ayda vergi orqanlarına 1 100-dən çox müraciət daxil olub

23.09.2024 12:19 2 baxış
IMG

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına 1 106 müraciət daxil olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunun 91,8 %-i ərizələr, 8,1 %-i şikayətlər, qalan hissəsi isə müxtəlif təkliflər olub.

Hesabat dövründə müraciətlərin 99,4 %-nə baxılıb, 0,6 %-i icradadır. Baxılmış müraciətlərdən 95,6 %-i həll olunub, 2,5 %-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

8 ay ərzində Naxçıvanın qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri ümumilikdə 73 vətəndaşın qəbulunu təşkil edib. Hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti