IMG-LOGO

Qızılın qiyməti gün ərzində ikinci dəfə tarixi maksimumu yeniləyib

21.09.2024 01:37 4 baxış
IMG

“Comex” birjasında 2024-cü ilin dekabr ayında tədarük ediləcək qızıl fyuçersinin qiyməti gün ərzində ikinci dəfə tarixi maksimumu yeniləyərək troya unsiyası üçün 2 650 dollardan yuxarı səviyyədə dəyərləndirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərrac platformasının məlumatlarından bəlli olub.

Bakı vaxtı ilə saat 20:00-a olan məlumata görə, qiymətli metalın qiyməti troya unsiyası üçün 2 650,1 dollar (+1,36 %) təşkil edib. Saat 21:12-yə fyuçersin qiyməti artımını yavaşladaraq unsiya üçün 2 647,4 dollara (+1,25 %) çatıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti