IMG-LOGO

Ruslan Xəliov: "Yaşıl istiqraz" buraxmağa namizəd olan şirkətlər var"

19.09.2024 13:11 43 baxış
IMG

Azərbaycanda "yaşıl istiqraz" buraxmağa namizəd olan şirkətlər var.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.

"Onların fəaliyyəti sırf alternativ enerji sahələrinin inkişaf etdirilməsidir. Həmin şirkətlərlə aktiv şəkildə danışırıq və mümkün qədər çalışırıq ki, onlar alternariv enerji istehsalı layihələrinin bir hissəsini də olsa istiqraz emissiyası vasitəsilə maliyyələşdirsinlər. Bununla da, Azərbaycanda ilk "yaşıl istiqraz"ların buraxılması baş tuta bilər. Hələ ki, COP29 və "yaşıl istiqraz"larla bağlı apardığımız işlər sırf bu istiqamətdədir. "Yaşıl istiqraz" ona görə buraxılır ki, ordan əldə olunan vəsaitlər karbon emissiyasının azaldılmasına və yaxud ətraf mühitə müsbət təsir edən bir layihəyə yönəldilsin", - deyə o qeyd edib.

R.Xəlilov BFB-nin COP29 ərəfəsində tədbir keçirəcəyini deyib: "Biz BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun üzvüyük. Bu çərçivədə həm dayanıqlılıq üçün maliyyə cəlb olunması, həm də "yaşıl maliyyələşmə"nin inkişafının təmin edilməsi ilə bağlı mütəmadi görüşlər keçirilir və məlumatlandırmalar aparılır. Eyni zamanda bu çərçivədə COP29 ərəfəsində məlumat xarakterli bir tədbirimiz olacaq. İnvestisiya şirkətləri və potensial emitentləri dəvət edəcəyik. Yaxın gələcəkdə gözlənilən məsələlər bunlardır".

"Uzaq dövr üçün isə ümid edirik ki, şirkətlərlə apardığımız danışıqlar nəticəsində heç olmasa 2-3 əsas şirkəti bazara gətirəcəyik ki, onlar istiqraz vasitəsilə öz maliyyələşmələrini təmin etsinlər", - deyə BFB-nin sədri əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti