IMG-LOGO

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı

18.12.2023 15:29 104 baxış
IMG

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib. Qrup qalibi olan komandalar ikinci yer sahibləri ilə üz-üzə gələcək. İlk oyunlar qrup mərhələsində ikinci yeri tutanların meydanında keçiriləcək.

Çempionlar Liqası 1/8 final

Porto” (Portuqaliya) - “Arsenal” (İngiltərə)

Napoli” (İtaliya) - “Barselona” (İspaniya)

PSJ (Fransa) - “Real Sosyedad” (İspaniya)

İnter” (İtaliya) - “Atletiko” (İspaniya)

PSV (Niderland) - “Borussiya” (Almaniya)

Latsio” (İtaliya) - “Bavariya” (Almaniya)

Kopenhagen” (Danimarka) - “Mançester Siti” (İngiltərə)

Leypsiq” (Almaniya) - “Real” (İspaniya) Qeyd edək ki, 1/8 final mərhələsi 2024-cü ildə keçiriləcək. İlk oyunlar fevralın 13-14 və 20-21-də, cavab görüşləri martın 5-6 və 12-13-də baş tutacaq.

Xəbər lenti