IMG-LOGO

Aİ Rusiyanın dondurulmuş aktivlərindən gələn 1,4 milyard avro gəliri Ukraynaya ayıracaq

05 Aug 2026 12:44 4 baxış
IMG

Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən daha 1,4 milyard avro gəliri Ukraynaya dəstək üçün yönəldəcək.

Bu barədə "Report"un Avropa bürosu Avropa Komissiyasına istinadən xəbər verir.

Bu məbləğin 95 %-i Ukraynanın Kreditləşdirilməsi üzrə Əməkdaşlıq Mexanizmi (Ukraine Loan Cooperation Mechanism, ULCM) vasitəsilə istifadə olunacaq.

Qalan 5 % Ukraynanın təcili hərbi və müdafiə ehtiyaclarını maliyyələşdirmək üçün Avropa Sülh Fonduna (European Peace Facility, EPF) daxil olacaq.

Bu vəsaitlər Avropanın mərkəzi qiymətli kağızlar depozitarilərində saxlanılan Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri ilə əlaqəli pul vəsaitlərinin qalıqlarına hesablanan faizlərdən formalaşıb. Aktivlər Aİ-nin sanksiyaları çərçivəsində dondurulmuş vəziyyətdə qalır. Lakin onlara hesablanan faizlər Rusiyaya məxsus hesab edilmir və Avropa İttifaqı Şurasının qərarına əsasən Ukraynaya dəstək məqsədilə istifadə oluna bilər.

Mənbə: report.az

Xəbər lenti