IMG-LOGO

Filmlərdə gördüklərinizi gerçəyə çevirin: Bu ideyaları sınamağa dəyər

05 Aug 2026 12:52 5 baxış
IMG
18 0

Bəzən bir filmə baxandan sonra həmin hekayə bitmir. Onun yaratdığı hiss uzun müddət insanın içində qalır və "mən də bunu yaşamaq istəyirəm" fikri yaranır. Romantik qayıq gəzintisi, adrenalin dolu anlar və ya dostlarla çimərlik əyləncəsi... Sevdiyiniz filmlərdən ilham alaraq yay tətilindəki adi günləri unudulmaz macəraya çevirmək mümkündür. 

Lent.az filmlərdən ilhamlanaraq həyata keçirə biləcəyiniz maraqlı ideyaları təqdim edir.

Əgər "Balaca su pərisi" filmindəki Ariel və Erik kimi romantik anlar yaşamaq istəyirsinizsə, sevdiyiniz insanla göl və ya çay kənarında qayıq gəzintisinə çıxın. Axşam günəşinin yaratdığı mənzərə, sakit su və xoş söhbət bahalı restorandan daha yaddaqalan ola bilər.

"Gözəl qadın" filminin qəhrəmanı Vivian kimi yay alış-verişinə çıxmaq da əhvalınızı dəyişə bilər. Yeni geyim, aksesuar və ya uzun müddətdir almaq istədiyiniz bir əşya sizə özünüzü daha inamlı hiss etdirəcək. Əgər yanınızda sizi dəstəkləyən biri varsa, alış-veriş daha da maraqlı keçəcək.

"F1" filmini izlədikdən sonra sürət həvəsi yaranıbsa, bunu təhlükəsiz şəkildə yaşamaq mümkündür. Xüsusi meydançada dostlarınızla yarış atmosferini hiss edə bilərsiniz. Formula 1 yarışını canlı izləmək imkanı əldə etsəniz, bu təcrübə uzun illər yadda qalacaq.

"Lilo və Stiç" isə yayın ən vacib sirrini xatırladır: bəzən sadəcə əylənmək lazımdır. Dostlarınızı toplayın, çimərliyə gedin, rəqs edin, üzün, qumdan fiqurlar hazırlayın və gündəlik qayğıları bir kənara qoyun. Yayın ən gözəl xatirələri məhz plansız və səmimi anlardan yaranır.

Əgər fərqli bir axşam keçirmək istəyirsinizsə, "Romeo və Cülyetta" filmindən ilham alaraq kostyumlu və ya maskalı məclis təşkil edin. Gözəl musiqi, maraqlı geyimlər və fərqli ab-hava adi görüşü yaddaqalan tədbirə çevirə bilər.

film ideya

Mənbə: lent.az

Xəbər lenti