Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 263 mənşə sertifikatı verib.
"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7 % çoxdur.
Hesabat dövründə "CT-1" formalı mənşə sertifikatı 195 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 68 ədəd təşkil edib.
Bizim WhatsApp kanalımıza abunə olun