Biləsuvarda payız əkininə hazırlıq işləri aparılır.
"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində payız əkinində 32 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır. Artıq sözügedən əkin sahələrinin 81,2 %-də şum işləri aparılıb.
Sahələrdə əsasən arpa, buğda və vələmir kimi dənli bitkilərinin əkini planlaşdırılır.
Qeyd edək ki, cari əkin mövsümündə rayon ərazisində 34 574,1 hektar sahədə dənli bitkilər becərilib.
Bizim Telegram kanalımıza abunə olun