IMG-LOGO

Azərbaycanda gələn il əhalinin gəlirlərinin 90 milyard manata çatacağı proqnozlaşdırılır

18.09.2024 16:17 31 baxış
IMG

2025-ci ildə Azərbaycanda əhalinin nominal gəlirlərinin 90,1 milyard manata çatacağı proqnozlaşdırılır.

“Report” bu barədə Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya istinadən xəbər verir.

Məlumata görə, ölkədə əhalinin gəlirləri 2026-cı ildə 97,1 milyard manata, 2027-ci ildə 104,5 milyard manata, 2028-ci ildə isə 112,5 milyard manata çatacaq.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 53 milyard 947,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti