Biləsuvar rayonunda bu günə qədər 25 960 hektara yaxın əkin sahəsində yay şumu aparılıb.
Bu barədə "Report"un yerli bürosuna Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yay şumu torpağın strukturunu yaxşılaşdırır, alaq otlarına və gəmiricilərə qarşı mübarizə üçün sərf olunan xərcləri azaldır, torpağın üzvi gübrə ilə zənginləşməsini təmin edir.
Eyni zamanda yay şumunun becərmə dövründə fermerlərin əkin məsrəfinin azalması, həm də növbəti mövsümdə daha çox məhsul götürməsi baxımından mühüm əhəmiyyəti var.
Hazırda əkin sahələrində yay şumu davam edir.
Bizim Telegram kanalımıza abunə olun