İraqda Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.
O həmçinin qeyd edib ki, gələn il Azərbaycandan ticarət-ixrac missiyası İraqa səfər edəcək.
Biznes Forumda Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edir.
Bizim Telegram kanalımıza abunə olun