IMG-LOGO

Gürcüstandan Azərbaycana dərman preparatlarının gizlin gətirilməsinin qarşısı alınıb

14.09.2024 17:59 40 baxış
IMG

Dövlət Gömrük Komitəsinin (DGK) və Dövlət Sərhəd Xidmətinin əməkdaşları qatar dartıcısında gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlayıblar.

“Report” DGK-ya istinadən xəbər verir ki, birgə keçirilən tədbirlər nəticəsində Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn qatar dartıcısından gömrük orqanına bəyan olunmayan 18 adda 15 min 403 ədəd dərman preparatı və 114 ədəd inyeksiya qələmi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti