Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 25 milyard 223,4 milyon manat, xərcləri isə 22 milyard 362,4 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,5 % və 8,3 % çoxdur.
Son nəticədə 8 ayda büdcədə 2 milyard 861 milyon manat profisit yaranıb. Halbuki, ötən ilinm eyni dövründə büdcədə 218,5 milyon manat kəsir yaranmışdı.
Bizim WhatsApp kanalımıza abunə olun