IMG-LOGO

Biləsuvarda pambıq əsasən maşın vasitəsilə yığılacaq

13.09.2024 00:46 15 baxış
IMG

Biləsuvar rayonunda pambıq tarlalarında məhsul əsasən maşınlarla yığılacaq.

Bu barədə “Report”un Muğan bürosuna Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib.

Məlumata görə, bu il rayonda 7 050,8 hektar sahədə pambıq əkilib.

Həmçinin yığımda istifadə olunacaq müxtəlif təyinatlı texnikalar saz vəziyyətə gətirilib. Pambıq yığımında 52 maşın iştirak edəcək. Bununla yanaşı, 115 traktor və 265 yedəkli lafetdən də istifadə olunacaq.

Pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə tarlalarda defolvasiya işləri cari ayın sonu aparılacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti