IMG-LOGO

Cəlilabadda 30 min hektara yaxın sahədə yay şumu aparılıb 

12.09.2024 19:44 32 baxış
IMG

Cəlilabad rayonunda bu günə qədər 30 min hektara yaxın əkin sahəsində yay şumu aparılıb.

Bu barədə "Report"un yerli bürosuna Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində aqrotexniki əməliyyatların vaxtında və düzgün aparılması, həmçinin məhsul yığımından dərhal sonra torpağın növbəti əkin üçün hazırlanması məhsuldarlığı artırır. Məhz bu səbəbdən fermerlər yay şumu aparmağa daha çox maraq göstərir. Yay şumunun becərmə dövründə fermerlərin əkin məsrəfinin azalması, həm də növbəti mövsümdə daha çox məhsul götürməsi baxımından mühüm əhəmiyyəti var.

Həmçinin yay şumu torpağın strukturunu yaxşılaşdırır, alaq otlarına və gəmiricilərə qarşı mübarizə üçün sərf olunan xərcləri azaldır, torpağın üzvi gübrə ilə zənginləşməsini təmin edir.

Hazırda yay şumu davam edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti