Bu gün energetika naziri Pərviz Şahbazov Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Qurumun aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların enerji təchizatı, elektrik enerjisi verilişində fasilələrin yaranması, qaz təchizatı, təbi qazdan istifadəyə görə borc və cərimələrin yaranması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda Xaçmaz rayonu ilə yanaşı Bakı, Sumqayıt şəhərləri, Abşeron, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan 13 vətəndaş iştirak edib.
Bizim Telegram kanalımıza abunə olun