IMG-LOGO

Azərbaycan I yarımildə 3 milyard dollar birbaşa investisiya cəlb edib

12.09.2024 11:17 34 baxış
IMG

Bu ilin I yarısında Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar 3 milyard ABŞ dolları, investisiyanın repatriasiyası isə 3,4 milyard ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Bundan başqa, onun sözlərinə görə, hesabat dövründə xaricə yönəldilmiş birbaşa investisiyalar təxminən 1 milyard ABŞ dolları olub.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti